Mənim duyğum kitabının təqdimatı olub

Samir Soltanov/AZADİNFORM. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” fəxri müdia mükafatları lauretı, şair Etibar Vəliyevin “Mənim duyğum” kitabının təqdimat mərasimi keçirilib. 

Azadinform xəbər verir ki, Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya, Riyaziyyat-İnformatika fakültələrinin tələbələri, müəllifin qələm yoldaşları və yaxın dostları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair Etibar Vəliyev ilk növbədə, tədbir iştirakçılarını salamlayaraq, yeni işıq üzü görən kitabı, həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. 

Sonra sözü Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının “Poeziya” şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadəyə verib. Şair müəllifin yaradıcılıq nümunələri haqqında ürəkdolusu danışıb, müxtəlif illərdə qələmə aldığı əsərləri mövzu dairəsinin müasir dövrlə ayaqlaşdığını xüsusilə qeyd edib. Q. Nəcəfzadə vurğulayıb ki, şairin aid olduğu Lənkəran torpağı həmişə ölkəmizə istedadlı şəxslər bəxş edib. Belə şəxslərdən biri olan, sevilən şair Balayar Sadiq də qələm yoldaşının təqdimatında söz alaraq Etibar Vəliyevin yaradıcılığından bəhs etdi.  

Daha sonra şairlər Oqtay Rza, Aləmzar Əliyeva, Nuranə Nur çıxış edərək, müəllifə ürək sözlərini ünvanladılar, yaradıcılığında uğurlar arzu etdilər. Natiqlər bildiriblər ki, poeziya kəhkəşanın zirvəsində söz yox ki, əsl söz sahibləri, hər misrada böyük hikmətlər yaradan dahilər dayanır. Şübhəsiz ki, klassik yazıçılarımız, xalqın sevimlisinə çevrilmiş ustad nasirlərimiz də onlarla bir sıradadır. Səmimi olaraq etiraf etməliyik ki, belə dahilərimizlə yanaşı, ədəbi aləmdə şəhərdə yazıb-yaradanlarla bərabər bölgələrdə də yetərincə istedadlı şair və yazıçılarımız da vardır. Lənkəran rayonunun Ləj kəndində yaşayan, yazıb-yaradan belə şairlərdən biri də Etibar Vəliyevdir. Onun poeziyamızın müxtəlif janr və üslubunda yazdığı şeirləri həyatımızın bütün sahələrini əhatə edir. Şairin qələmə aldığı şeirlərin əsas mövzusunu vətənpərvərlik, el-obaya, doğma torpağa bağlılıq, vətən təəssübkeşliyi, ata-ana məhəbbəti, dostluq, sevgi və sədaqət, təbiətə vurğunluq, inam və adı kimi etibar təşkil edir. 

Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri müəllifin şeirlərini səsləndirdilər. 

Görüşün yüksək səviyyədə gerçəkləşməsində və həyata keçirilməsində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar başda olmaqla, zəhməti keçən hər kəsə təşəkkürünü bildirib, işıq üzü görən kitablarından tədbir iştirakçıları üçün imzalayaraq, hədiyyə edib. 

Qeyd edək ki, şair “Mənim duyğum” kitabında alan şeirlər müasir insanın duyğu və düşüncələrini poetik bir dillə ifadə edir. Bu duyğular vətən sevgisi, xüsusən Qarabağ harayı, Azərbaycan insanının hümanizm hissləri ilə qanadlanır və bütün dünyanı azadlığa, sülhə, bərabərliyə səsləyir.

18.05.2016 12:08 / Baxılıb: 698 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.11.2018
18.11.2018
17.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo