İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı qəbul edib. “Azadinform” xəbər verir ki, Əsəd Alam Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycanın müstəqilliyinin 20 illiyi və ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar münasibətilə dövlət başçısını təbrik edib. Əsəd Alam təmsil etdiyi qurumun Azərbaycan ilə uğurlu əməkdaşlığından məmnunluğunu bildirib.

Dünya Bankının Azərbaycan ilə əməkdaşlığını yüksək qiymətləndirən prezident İlham Əliyev gələcəkdə də ümumi maraq doğuran layihələrə dəstək veriləcəyini bildirib.
Görüşdə 2011-ci ildə ölkəmizin qeyri-neft sektorunun sürətlə inkişaf etdiyi vurğulanıb, Azərbaycanda həyata keçirilən birgə layihələrin önəmi qeyd olundu, sosial infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Dünya Bankının vitse-prezidentinə çatdırmağı xahiş edib.

3.11.2011 15:29 / Baxılıb: 302 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo