Gürcüstan Türkləri Konfederasiyası təsis edilib

Həbibə/AZADİNFORM. Gəncədə Gürcüstan Türkləri Konfederasiyasının I (Təsis) Qurultayı keçirilib. “Azadinform” xəbər verir ki, qurultayda Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasını (GAMA), Böyük Birlik Təşkilatını (BBT), Bakı Ahıska Türkləri Mərkəzini (BATM), Gürcüstan Azərbaycanlı Jurnalistlər Federasiyasını (GAJF), GAMA Gənclər İttifaqını, Borçalı Gənc Türklər İttifaqını (BBGTİ), Gürcüstan Türk Qadınlar Komitəsini (GTQK) təmsil edən, həledici səsvermə hüququna malik 72 nümayəndə iştirak edib.

Qurultayda Gürcüstan Türkləri Konfederasiyası təsis edilib və Nizamnaməsi qəbul edilib.
Gürcüstan Türkləri Konfederasiyasının yaradılmasında əsəs məqsəd Gürcüstanda yaşayan Azərbaycan və ahıska türklərinin birliyinə nail olmaq, onların hüquqlarının təmin edilməsini həyata keçirmək, parlament seçkiləri zamanı vahid siyasi blokda milli iradə göstərməkdir.

2.11.2011 17:06 / Baxılıb: 556 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo