Ulu Öndərin xatirəsinə Göygöldə kikboksinq yarışı keçirilib

Aysel Hüseynqızı/AZADİNFORM. Göygöl rayonunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq Federasiyası və Göygöl rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkarlar üzrə reytinq və kəmər uğrunda döyüşləri Göygöl rayonunda keçirilib. 

Azadinform-a verilən məlumata görə, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin ruhunu bir dəqiqəlik yad etməklə başlayıb. Tədbirin açılışında çıxış edən Azərbaycan Kikboksinq Federasiyası prezidenti, millət vəkili Adil Əliyev bu yarışların davamlı olaraq keçirildiyini qeyd edib. “Bu gün ölkəmizdə idmana böyük maraq yaranıb. Ölkə rəhbərliyi idmanın inkişafı üçün hər tərəfli imkan və şərait yaradıb. Azərbaycan Kikboksinq Federasiyası cəmiyyətdə vətənpərvərlik ruhunun qalxmasında öz töhfəsini verir və qarşıda bir sıra tədbirlərin keçiriləcək”.

Milli Məclisin İdman və Gənclər Komitəsinin sədri Fuad Muradov, Göygöldən deputat seçilmiş Rövşən Rzayev, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış ediblər. Olimpiya Çempionu Şərif Şərifov, AKF-nın vitse-prezidenti Güloğlan Cabbarov, AKF idarə heyətinin sədr müavini Oqtay Mehdiyev, AKF baş katibi Oruc Məmmədli, Gənclər üzrə yığma komandanın baş məşqçisi Ehram Məcidov, yeniyetmələr üzrə baş məşqçi Rəhim Allahverdiyev idarə heyətinin üzvləri Emin Seyidov, Famil İsmayılov, Həsən Hüseynov, Müşfiq Məmmədov və s. şəxslər iştirak ediblər. 

Reytinq döyüşlərinin qalibləri 57 kq Məmmədzadə Nəcməddin (Neftçi 57 kq), Mədətov Sərxan (Quba 60 kq), Əliyev Ruslan (Qızıl Əlcək 63,5), Əliyev Elxan (71 kq Gəncə), Kamalov Elnur (DİN 75 kq), Aslanlı Alişan (Orion 86 kq), Abdullayev Rail (Citkundo 86kq) və Kəmər döyüşünün qalibləri Qədimov Arzuman (Naxçıvan 71 kq), Məlikov Orxan (Naxçıvan 86 kq) qazanıblar.  

Sonda kikboksinq inkişafında göstərdiyi xidmətlərə görə, məşqçilər və hakimlər federasiya tərəfindən Fəxri Diplomla mükafatlandırılıblar.

13.04.2016 11:30 / Baxılıb: 673 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo