AGENTLİK HAQDA MƏLUMAT

AZADİNFORM İnformasiya Agentliyi

 

AZADİNFORM İnformasiya Agentliyi 1999-cu ilin yanvarın 10-dan fəaliyyət göstərir. İA-nın yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.


AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. 


AZADİNFORM İnformasiya Agentliyinin xəbərləri həm Azərbaycan, həm rus, həm də ingilis dillərində e-poçt vasitəsilə Azərbaycanda fəaliyyət göstərən KİV-lərə (bura əyalət mətbuatı da daxildir), hökumət və qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə göndərilir. 


AZADİNFORM İnformasiya Agentliyinin abunəçiləri arasında dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli özəl şirkətlər də var. 


AZADİNFORM İnformasiya Agentliyinin xəbərləri ölkə KİV-lərinə təmənnasız göndərilir.


AZADİNFORM İnformasiya Agentliyinin Naxçıvan MR-da (Naxçıvan şəhər), Lənkəran, Cəlilabad, İmişli, Gəncə, Göyçay, Qax, Quba şəhər və rayonlarında müxbir postları var. Yaxın perspektivdə bütün ölkənin əhatə olunması üçün müxbir postlarının sayı 25-ə çatdırılacaq. 


AZADİNFORM İnformasiya Agentliyinin http://www.azadinform.az, http://www.en.azadinform.az və http://ru.azadinform.az internet səhifəsi on-line sistemində işləyir. 


Baş redaktor - Niyaz Niftiyev


Ünvan:

Bakı ş, Mətbuat prospekti, 529-cu məhəllə, 25-ci bina


Əlaqə: 598-47-67, 598-47-60 (tel/faks)

(99 412) 510-70-43 (Baş redaktor)
E-mail: infoazadinform@gmail.com
niftiyevniyaz@gmail.com

6.01.2016 19:24 / Baxılıb: 46716 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    30.04.2017
    29.04.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo