Alparslan Türkeşin Ermənistan prezidenti Petrosyanla gizli görüşməsi- ARAŞDIRMA

Çox güman ki, milliyətçilərin başbuğu adlanan Alparslan Türkeşin 1993-cü ildə Fransada Ermənistan prezidenti Petrosyanla gizli görüşməsindən və Ermənistan təmsilçiləri ilə əlaqələrindən Azərbaycan milliyətçiləri xəbərsizdilər. 

Açığı, bu faktları oxuyana qədər mən də xəbərsiz idim. Bu yazı 2005-ci ildə Türkiyəli araşdırmaçı-yazar, telejurnalist və “Cumhuriyyət” qəzetinin baş redaktoru Can Dündar tərəfindən yazılmışdır.

Can Dündar 2005-ci ilin aprel ayında Salzburqda “Türk-erməni tarixçilərin görüşməsi” konfransında Samson Özararat adlı bir şəxslə tanış olur. Samson Türkeşlə Ermənistan təmsilçilərini bir araya gətirən şəxsdir. Həm Ermənistan,həm də Türkiyə höküməti tərəfindən yaxşı tanınan biridir. Samsonun kim olduğu burada yazılır. Özararat Salzburqda 12 ildir (1993-2005) gizli saxladığı tarixçəni Can Dündara danışır. 12 ildir saxlanan bu tarixçə, həm qardaş Türkiyə mətbuatından,həm də Azərbaycan mətbuatından gizli saxlanılırdı. Nəyə görə?! Bunu yazmaqda məqsədim, gizli qalan tarixi hər kəsin bilməsidir. Qardaş Türkiyə mətbuatında bu tarixçə illər əvvəl yazılıbdır. 

SAMSON ÖZARARAT açıqlayır: “600 illik əlaqənin qəzası”. 1993-cü ilin əvvəli idi. Ermənistan müstəqilliyini elan edəli 2 il olmuşdu. İrəvana Rusiyanın köməyi kəsilmiş, ölkə qışın ortasında buğdasız qalmışdı. Amerikadan göndərilən yardım çatana qədər çörək qıtlığı olacaqdı. Samson Özararat o dövrdə Fransada, Avropadan Ermənistana gedən humanitar yardımları təşkil edən bir dərnəyin başçısı idi. Bu böhrandan bir əməkdaşlıq fürsəti yaratmağı düşündü: “Görəsən Ermənistana lazım olan buğdanı Türkiyə borc verə bilməzmi?” Bu addım İrəvanda bir simpatiya yaradardı. Təklifini “ən üst səviyyədə” Türkiyə səlahiyyətlilərinə çatdırdı: “100 min ton buğdaya ehtiyacları var. Siz 200 min ton göndərin, əlaqələrin qarşısını açın” dedi. 

Türkiyə qərarsız qaldı bir müddət … “Milliyyətçilər”in və azərbaycanlıların reaksiyasından qorxdu. Bakının nəbzi yoxlandı. “Çörək əsas məsələdirsə düşmənliyin sözü olmaz” cavabı gəldi. Bunun üzərinə -bir az gecikməklə- İrəvana 41 min ton buğda göndərildi. Elə o dövrdə Özararat iqtidarı narahat edən “Milliyyətçilər buna nə deyər?” reaksiyasını öyrənmək niyyətiylə bir təmas axtarışına girişdi. Madam ki maneə olaraq “milliyyətçilər” görünürdü, o halda əvvəl onları razı etməliydi. Problem ancaq zidd qütblərin bir-birinə yaxınlaşmasıyla həll ola bilərdi. Bir qütb Alpaslan Türkeşdi. Əvvəl Türkeşin xüsusi yardımçısı ilə tanış oldu: “Türkeşlə bu mövzuları danışmağı arzu edirəm” dedi. Bunun üzərinə onu Parisdə Türkeşə yaxın bir təqaüdçü generalla tanış etdilər. Dərdini ona da izah etdi. Bir neçə gün sonra xəbər gəldi: “Türkeş sizi gözləyir!” 

1993-ci ilin fevralında Özararat Ankaraya getdi. Sürmeli otelinə yerləşdi. Şagirdlik illərini keçirdiyi Ankaranı gəzdi bir az … narahat idi. “Mən köhnə ODTÜ’lüyüm. Sol sempatizanıydım. Türkeşə qarşı kin dolu idim. Ağlımdan həmişə köhnə dövrlər keçirdi. Qorxurdum. Çətinlikdən mədəm pozuldu. Görüşməyə qarnımda qorxuyla getdim yəni …” 

Sonra MHP’lilər onu götürüb ir evə apardı. Orada çay içdilər. Bir müddət sonra oradan qalxıb başqa bir evə getdilər. Bir çay da orada … Yenə ev dəyişikliyi … Oradan gəlib Tuğrul Türkeş onu götürdü … Nəhayət Esat’dakı iş yerinə gəldi MHP lideri … Yanında bir millət vəkili var idi. Özararat özünü tanıtdı, niyyətini izah etdi. Alpaslan Türkeş çıxışının əvvəlində Türkiyə-Erməni əlaqələrini geniş bir perspektivdən izah etdi. “Türklərin ermənilərlə əlaqəsi 1915-ci ildə başlamamışdır. 600 illik bir müştərəkliyimiz var. Birlikdə türkülər, yeməklər icad etdik. Qız aldıq verdik” dedi və mənə suallar soruşmağa başladı: ‘Malazgirt döyüşündə türklərin ermənilərlə birlikdə qələbə qazandığını bilirsənmi?”, “İstanbulun alınmasında ermənilərin etdiyi qəhrəmanlıqlardan xəbərin var mı?”, “Fatih Sultan Məmmədin Erməni Patrikxanasını necə bir fərmanla açdırdığından xəbərdarsanmı?”, “Çanaqqalada Atatürkün yanında döyüşən erməni əsgərlərin adlarını bilirsənmi?”, “Atatürkün bu gün istifadə etdiyimiz əlifbanı erməni dilçi alimi Aqop Martayana hazırlatdığını və sonra ona Dilaçar soyadını verdiyini bilirdiniz?”, “Atatürkün imzasını bir erməni gözəl yazı müəlliminin çəkdiyini eşitmişdin?” və s. 

Özararat, üst üstə gələn bu suallar qarşısında çaş-baş olmuşdu. “Mən Türkiyədə oxudum, amma bunların heç birini eşitməmişdim” dedi. Bundan sonra Türkeş bunları söylədi: “Tarixə belə geniş bir perspektivdən baxmaq lazımdır. 1915-ci il hadisələri bu 600 illik əlaqənin bir qəzasıdır. Hadisələrdə xarici dövlətlərin çox dəxli var. Buradakı insanları istifadə etmək istəmişlər. Bizimkilərin də qəbahəti var, amma indi edilməsi lazım olan bu qəzanı kompensasiya edib köhnə dostluğu davam etdirməkdir”.

Özararat ilk dəfə Türkiyədən birisindən belə bir yanaşma görürdü. Üstəlik danışan, “milliyətçilərin rəhbəri” kimi tanınan adamdı. Çaşmışdı. Barmağını dişləyirdi. Türkeş “Nə edirsən?” deyə soruşdu. “Eşitdiklərim doğrumu, yuxu görürəmmi deyə barmağımı dişləyirəm”- dedi Özararat.

Bundan sonraTürkeş Özararatı yanına çağırdı, yanaqlarından öpdü, “Çox dobra insansanmış” dedi. ‘Danışıq bitincə Özararat dedi: “Hörmətli Türkeş. Bu dinlədiklərimi anlatsam kimsə inanmaz. Amma Ermənistandakıların bilməsində fayda var. Bu söylədiklərinizi Ermənistan Respublikası başçısına da söyləyə bilərsinizmi?” 

“Təbii ki, söyləyərəm” deyə cavabladı Türkeş. Özararat “Petrosyan martda Parisə gələcək. Onunla danışım, bəlkə orada görüşə bilərsiniz” deyərək oradan ayrıldı. O saat telefona qaçdı. Təklifini Petrosyana çatdırdı. İrəvan təklifi araşdırmağa başladı. Tərəddüddə idilər. MHP-nin keçmişi ürküdücüydü. Üstəlik, partiyanın xalı 10%-in altında idi. Ona görə də, bu görüşün səmərəli olub-olmayacağından əmin deyildilər. Özararat “MHP-ni razı etmək əhəmiyyətlidir” deyə israr etdi. 

Türkeş də həm dövləti, həm də Azərbaycan səlahiyyətlilərini əlaqələrdən xəbərdar edirdi. Belə bir dialoqun, davam etməkdə olan Azəri-Erməni müharibəsinə də həll imkanı verəcəyi ümidi ilə dəstək verildi. Üstəlik, ortada qarşılıqlı əsirlər problemi vardı. Nəhayət İrəvandan da görüş qərarı çıxmasıyla Paris görüşməsi qətilik qazandı. 

 

Seymur Süleymanov


4.12.2015 15:28 / Baxılıb: 1305 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo