Nardaran camaatı bu cinayətkar qrupu onların adına ləkə gətirdiyi üçün heç zaman bağışlamaz AÇIQLAMA

Leyla Məhərrəmova/AZADİNFORM. Bu günlərdə Nardaranda baş verən hadisələr nəinki islamı, heç Nardaranda yaşayan əhalini belə təmsil edə bilməz. 

Nardarana aidiyyəti olmayan bir qrup şəxs öz mənafeyi və xarici himayədarların tapşırıqları əsasında həm Azərbaycan xalqına, həm də dövlətçiliyə və qanunlarımıza qarşı çıxış ediblər. Bu fikirləri Azadinform-a açıqlamasında politoloq Ramiz Alıyev deyib. O qeyd edib ki, həmin şəxslərə nə Azərbaycan xalqı, nə də hüquq mühafizə orqanları imkan verməz ki, pozuculuq fəaliyyətlə dövlətçiliyimizə zərbə vursunlar: “Hesab edirəm ki, Nardaran camaatı da bu cinayətkar qrupu onların adına ləkə gətirdiyi üçün heç zaman bağışlamaz. Həmin cinayətkar qruplara himayədarlıq edənlər anlamalıdır ki, Azərbaycan xalqı hər zaman dövlətini dəstəkləyir və dövlətinin yanındadır, ekstremist qüvvələrə qarşı birlikdə mübarizə aparırlar”.

1.12.2015 18:00 / Baxılıb: 430 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo