Azərbaycanda günəş enerjisindən istifadə və müasir günəş energetik qurğuları adlı monoqrafiya işıq üzü görüb

 

Aytən İmanova/AZADİNFORM. Texnika elmləri namizədi, dosent, dünya bərpa olunan enerji şəbəkəsinin üzvü Fuad Məmmədovun “Azərbaycanda günəş enerjisindən istifadə və müasir günəş energetik qurğuları” adlı monoqrafiyası işıq üzü görüb.

“Azadinform”un verdiyi məlumata əsasən, monoqrafiyada günəş izləyici sistemlərə malik parabolosilindirik və paraboilk konsentratorlu günəş energetik qurğuları, 4 müxtəlif konstruksiyalı və fərqli materiallardan hazırlanmış yastı günəş kollektorları, günəş hava qızdırıcısı, günəş istilik akkumulyatoru, günəş fotoelement gücləndiricisi, kombinə olunmuş yastı günəş kollektor-akkumulyatoru, günəş mətbəxi, bir və ikikonturlu istilikdəyişdiricilər, günəş Stirlinq mühərriki, günəş buxar turbini və digər enerji çeviriciləri haqqında ətraflı məlumat verilib.  Kitabda başlıca olaraq, energetika, sənaye, məişət və kənd təsərrüfatı sahələrində qurğular vasitəsilə günəş enerjisinin istilik, elektrik və mexaniki enerjiyə çevrilmə yolları və bu məqsədlə istifadə olunan energetik qurğu və sistemlərin iş prinsipi, texniki, istilik-energetik, iqtisadi paramertlərinin təyin edilməsindən və qarşıya qoyulan məsələnin həllinə mühəndisi yanaşmadan bəhs edilir.

 

 

17.10.2011 11:02 / / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    27.08.2014
    2014 All right reserved www.azadinform.az Powered by Danneo