Məlumat » Əlaqə
AZADİNFORM İnformasiya Agentliyi

AZADİNFORM İnformasiya Agentliyi 1999-cu ilin yanvarın 1-dən fəaliyyət göstərir. İA-nın yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir.

AZADİNFORM İnformasiya Agentliyi 1999-2004-ci illərdə Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərib. Rus bölməsi 4 illik fasilədən sonra – 2009-cu ildə yenidən bərpa olunub.

AZADİNFORM İnformasiya Agentliyinin xəbərləri həm Azərbaycan, həm də rus dilində e-poçt vasitəsilə Azərbaycanda fəaliyyət göstərən KİV-lərə (bura əyalət mətbuatı da daxildir), hökumət və qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə göndərilir.

AZADİNFORM İnformasiya Agentliyinin abunəçiləri arasında dövlət və qeyri-hökumət təşkilatları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən xarici və yerli özəl şirkətlər də var.

AZADİNFORM İnformasiya Agentliyinin xəbərləri ölkə KİV-lərinə təmənnasız göndərilir.

AZADİNFORM İnformasiya Agentliyinin Naxçıvan MR-da (Naxçıvan şəhər), Lənkəran, Cəlilabad, İmişli, Gəncə, Göyçay, Qax, Quba şəhər və rayonlarında müxbir postları var. Yaxın perspektivdə bütün ölkənin əhatə olunması üçün müxbir postlarının sayı 25-ə çatdırılacaq.

AZADİNFORM İnformasiya Agentliyinin www.azadinform.az internet səhifəsi on-line sistemində işləyir.


AZADİNFORM İnformasiya Agentliyinin strukturu


Baş redaktor - Nurəddin Heydərov
Redaktor - Niyaz Niftiyev


Redaktor müavini - Bayram Niftəliyev (Azərbaycan bölməsi)

Redaktor müavini - İlhamə Rəşidova (Rus bölməsi)


Ünvan:

Bakı ş, Mətbuat prospekti, 529-cu məhəllə, 25-ci bina


Əlaqə: 598-47-67, 598-47-60 (tel/faks)

510-70-43 (redaktor)
E-mail: info@azadinform.az.

Web-sayt: www.azadinform.az
 Xəbər lenti
22.02.2012
© 2012 All right reserved www.danneo.com Powered by Danneo